Shawnee State University
Academics Future Students Current Students Faculty/Staff Alumni/Friends Parents

Home> Offices> CIPA

International Admissions
  ::  About SSU
  ::  Message from SSU President Dr. Morris
  ::  Academic Degrees
  ::  Fees and Tuition
  ::  SSU Offices
  ::  Directories
  ::  Search Our Site
  ::  Student Success Center
  ::  Housing
  ::  Library
  ::  Athletics
  ::  Vern Riffe Center for the Arts
  ::  Clark Planetarium
  ::  University Center
  ::  Campus Map
  ::  Portsmouth, Ohio
 

 

Ahmad
Bu səhifəni Əhməd İbrahimov tərcümə etdi. O, 2007-2008-ci illərdə ŞDU-in tələbəsi idi.

 

 

 

 

 

  Əcnəbi Tələbə Səhifəsi
  Bütün mədəniyyətlərə mənsub olan tələbələri salamlayırıq!

Bu səhifədə olan bütün linklər tələbələrin Şouni Dövlət Universiteti (ŞDU) haqqında məlumat almasını, daxil olmaq üçün sənəd verməsini və ABŞ-a gəlib universitetimizdə qalmasını asanlaşdırmaq üçündür. ŞDU-nun və digər ABŞ təhsil müəssisələrinin istifadə etdikləri terminlərin tərifləri ilə tanış olmaq üçün Qlossariyə müraciət edə bilərsiniz.

 

ŞDU-da asılan bu 55 bayraq universitetimizdə təhsil alan tələbələrin 55 ölkəni təmsil etməsinin rəmzidir. Bu siyahı genişləndikcə bayraqların sayını artırmaq ümidindəyik. Adı çəkilmiş 55 ölkənin siyahısına burada nəzər sala bilərsiniz.

 




ŞDU-ya daxil olmaq arzulayanların nəzərinə

Növbəti addımları nəzərdə tutaraq aşağıdakı sənədləri təqdim etməyiniz zəruri olacaq:

  • Daxil olmaq haqqı $65-dir. Online qeydiyyatından artıq indi keçə bilərsiniz. Qeydiyyatınız $65-lik haqqı aldığımızdan sonra qəbul oluna bilər. Ödənişi çek, ödəniş tapşırığı və ya nəğd (ABŞ dolları ilə) yolu ilə həyata keçirə bilərsiniz. Çeki və ödəniş tapşırığını Şouni Dövlət Universitetinə (Shawnee State University) ünvanlamağınız xahiş olunur.
  • Bütün rəsmi orta məktəb qiymət cədvəlləri, habelə orta təhsilindən sonrakı təhsil müəssisələrində alınan qiymət cədvəli (ali təhsili başa vurduğunuz halda və ya qüvvədə olan diplom). Qiymət cədvəlləri/diplomlar tələbənin ana dilində olmalı, ingilis dilinə sənədləşdirilmiş tərcümə ilə müşaiyət olunmalıdır. Sizə mənsub olan bu bənddə göstərilmiş sənədlər hansısa səbəblər üzündən universitetimizin qiymətləndirə bilmədiyi halında qiymətləndirmə xidmətinə göndəriləcək. Bu halda xidmət haqqı Sizin hesabınıza ödəniləcək.
  • Ana dili ingilis dili olmayan tələbələr üçün Test of English as a Foreign Language (TOEFL)-da ən azı 500 balın (və ya Michigan Test of English Language Proficiency (MTELP)-də buna uyğun balın)  olması tələb olunur. TOEFL nəticənizi birbaşa olaraq ŞDU-ya göndərə bilər. Bu halda Sizdən universitetimizin kodunu təqdim etmək tələb olunacaq. Şouni Dövlət Universitetinin kodu 1790-dır.
  • Tələbənin bir illik həyatını ödəmək üçün kifayət paranın olmasının sübutu. Təhsilinizi öz hesabınıza maliyyələşdirmək fikrindəsinizsə, bir illiyə lazım olan paranın olması haqqında bank arayışını təqdim etməyiniz zəruridir. Təhsiliniz sponsor tərəfindən maliyyələşdirilirsə, bu barədə sponsordan rəsmi arayış tələb olunur. ŞDU-nun tələblərinə uyğun olaraq, bank arayışında ən azı $20,076 (on doqquz min üç yüz iki) məbləği göstərilməlidir. Bank arayışı tədris ilinin başlama tarixindən 6 ay müddətindən tez verilməlidir, əks halda arayış qəbul olunmayacaq. Bu məbləğ təhsil, yaşayış, yemək, dərs vəsaitləri və s. xərcləri əhatə edir.

Əcnəbi tələbələrdən ABŞ-da olduqları zamana universitet sağlamlıq sığortasını və ya buna müvafiq olan digər sığortanı rəsmiləşdirmək tələb olunur.

Sizi universitetimizin qəbul müsabiqəsinə buraxılmağınız üçün göstərilən bütün sənədlər ən geci tədris ilinin başlama tarixinə altı ay qalmış bizim tərəfdən qəbul olunmalıdır. Qəbul olunmuş əcnəbi vətəndaşlara ŞDU tərəfindən bu barədə məktub və I-20 forması göndəriləcək. Nəzərinizdə saxlayın: I-20 Tələbə Qəbulu Ofisi göstərilən bütün sənədləri almamış verilməyəcək. Bu iki sənəd Sizin ABŞ-a tələbə vizasını almağınız üçün zəruridir. Diqqət: Sizin vizanızın yerli ABŞ Səfirliyindəki/ABŞ Konsulluğundakı prosesləşdirilməsi kifayət qədər uzun vaxt tuta bilər. Sizə tövsiyə edirik ki, ŞDU-ya qəbul olduğunuz haqda məktubu aldığınızdan sonra viza üçün sənədləri mümkün qədər tez bir zamanda təqdim edəsiniz.

Destination USA. Secure Borders. Open Doors.

Viza almaq üçün indiki tələblərlə tanış olmaq, habelə bu sahədə yeniliklərlə tanış olmaq üçün bu saytlardan istifadə edə bilərsiniz: www.UnitedStatesVisas.gov, Student Visas.



 

EUSA logo

Viza prosesi və xüsusi olaraq Sizin ölkənizə aid olan məlumatlar barədə köməyi ölkənizdəki ABŞ Səfirliyindən/ABŞ Konsulluğundan/İctimai Məsələlər Ofisindən, ABŞ Dövlət Departamentinin veb-səhifəsindən (http://educationusa.state.gov/centers.htm), və ya http://usembassy.state.gov/ saytından əldə edə bilərsiniz.

Əlavə məlumat almaq üçün bizə müraciət edə bilərsiniz

Şouni Dövlət Universitetinə əcnəbi tələbələrin qəbuluna və ya ümumiyyətlə Şouni Dövlət Universitetinə aid sualınız varsa, aşağıda göstərilən şəxslərə və qurumlara müraciət edə bilərsiniz:

Universitetimizin Beynəlxalq Proqramlar və Fəaliyyətlər Mərkəzi (CIPA). Tarix professoru Dr. Con Lorentsin başçılıq etdiyi bu mərkəz əcnəbi vətəndaşların ŞDU-ya qəbul olmasında fəal iştirak edir. Dr. Lorents və CIPA həmçinin əcnəbi tələbələrin Şounidə olduqları zaman ictimai və akademik müvəffəqiyyətlərinə xidmət edən bir çox xidmət və proqramlarının koordinasiyası ilə məşğuldur. CIPA Sizi və gələcəkdə universitetimizə daxil olacaq bütün əcnəbi tələbələri inandırmaq istəyir ki, təhsil aldığınız zaman hərənizə maraqlarınıza, təhsil və karyera məqsədlərinizə uyğun olaraq fərdi yanaşaraq əlindən gələn köməyi əsirgəməyəcək.

Tələbə Qəbulu üzrə Ofisimizdəki Əcnəbi Tələbələr Qəbulu üzrə koordinator, Rik Mörb. Cənab Mörb Sizdən ŞDU-ya qəbul olmaq üçün tələb olunan bütün sənədlərin qəbuluna cavabdehdir. Öz növbəsində, qəbul olduğunuz halda o, tələbə vizası üçün tələb olunan sənədləri tərtib edərək Sizə poçt yolu ilə göndərəcək.

Arzuladığınız halda ŞDU-nun İdarəçilik və Beynəlxalq münasibətlər professoru, CIPA-nın müdir müavini olan Dr. Stilianos Haciyannislə (Skype-dakı istifadəçi adı: Hadjiyannis) əlaqə saxlaya bilərsiniz. O, həmçinin Əcnəbi Tələbə Klubunun fakültə məsləhətçisidir. Onun telefon nömrəsi 740-351-3445-dir.


ŞSU Amerika Dövlət Kollecləri və Universitetləri Assosiasiyasının (AASCU) üzvüdur.

Directories Offices Library Search MySSU

This page maintained by Stylianos Hadjiyannis


Shawnee State University
940 Second Street
Portsmouth, Ohio 45662-4344
To_SSU@shawnee.edu
740.351.4SSU
TTY: 740.351.3159

Last Updated:
05.07.2008 09:45 AM

For technical issues, please contact the webmaster at Webmaster@Shawnee.edu
İShawnee State University